“Koronavirusla bağlı Azərbaycanın vəziyyəti digər ölkələrlə müqayisədə yaxşıdır” - Prezidentin köməkçisi

17:55 08.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Hadisələrin inkişaf tendensiyalarına uyğun addımlar atılır”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı ehtimala dair sualı cavablandıran Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, görülən işlərin nəticəsində Azərbaycanın vəziyyəti digər ölkələrlə müqayisədə yaxşıdır: “Azərbaycanın təcrübəsini öyrənmək istəyən dövlətlər var. Qaydalardan kənara çıxmaq istəyən vətəndaşlara münasibətdə də müvafiq addımlar atılır”. 

H. Hacıyev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xalqa müraciət etdiyini xatırladıb: “Hər bir vətəndaşın bu məsuliyyəti paylaşması lazımdır”.

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə nəzərə çatdırıb ki, dövlət başçısı fövqəladə hal elan edilməsini istisna etməyib: “Dövlət lazım gəldiyi halda bütün tədbirləri görəcək”.